Tədris ili başlayandan neçə məktəb distant təhsilə keçib?

Builki tədris ili müddətində Gigiyena və Epidemiologiya Mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb.

Eyni zamanda, 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb.