Təhlükəli vəziyyətdə olan 2 liftin istismarı dayandırıldı

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, idarənin əməkdaşları tərəfindən Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı liftlərə texniki baxış keçirilib.

Baxış zaman lift boşluğuna su dolması, insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınaraq, 2 liftin istismarı dayandırılıb və aşkarlanan texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün məsələ qaldırılıb.

Müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntuları aradan qaldırılacağı təqdirdə, liftlərin istismarının mümkün olacağı bildirilib. Eyni zamanda, liftlərin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə vəzifəli şəxslərin məsuliyyət daşıdıqları vurğulanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa