Tehranda kazarma vuruldu
Bu gün yerli vaxtla səhər saat 6 radələrində İsrail Tehranda bir neçə yerə zərbələr endirib.
Yenicag.az xəbər verir ki, bu haqda “İran İnternational” yerli mənbələrə istinadla məlumat yayıb.
Cənubi Məcidiyyə, Seyyid Xından, Narmək, İraqi, Şimali Səbəlan bölgələrində güclü partlayışların olduğu bildirilib.
Bununla yanaşı Tehranda yerləşən Heşmətiyyə kazarmasında da güclü partlayışların baş verdiyi qeyd olunub.