“Təhsil Nazirliyi kimya müəllimlərini imtahandan keçirtmək istəyir, yoxsa sıradan çıxarmağa çalışır?” – ŞİKAYƏT

media-hightechnic-468x90

“Bu hal müəllimlərin peşəkarlığını ölçmək yox, onları əsassız şəkildə sıxıntıya salmaq məqsədi daşıyır”.

Bunu Yenicag.az-a adının açıqlanmasını istəməyən bir şikayətçi bildirib.

O, şikayətində qeyd edib ki, Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanlarında kimya fənninə münasibət açıq-aydın ədalətsizlik nümunəsidir.

“Digər fənlərlə müqayisədə kimya müəllimlərinə təqdim olunan suallar daha çətin, dərin və texniki təfərrüatlıdır, cavablandırmaq üçün ayrılan vaxt isə tamamilə qeyri-real səviyyədədir. Bu, ya məsuliyyətsiz yanaşmanın, ya da kimya fənninə qarşı gizli ayrı-seçkiliyin göstəricisidir. Onlarla müəllimin haqlı narazılığı, sosial mediada və rəsmi qurumlara ünvanlanan şikayətlərin çoxluğu göstərir ki, bu imtahan nə ədalətlidir, nə də pedaqoji prinsiplərə uyğundur.

Görəsən Elm və Təhsil Nazirliyi kimya müəllimlərini imtahandan keçirtmək istəyir, yoxsa sıradan çıxarmağa çalışır?

Suallar elmi konfrans səviyyəsində, vaxt isə sanki sadə test tapşırıqları üçün müəyyən edilib. Bu hal müəllimlərin peşəkarlığını yox, onları əsassız şəkildə sıxıntıya salmaq məqsədi daşıyır. Nazirlik belə məsələlərin həlli üçün ciddi addımlar atmalıdır. Hazırkı yanaşma nə elmi obyektivliyə, nə də təhsil sistemində bərabərlik prinsipinə uyğun gəlir”, – deyə şikayətçi vurğulayıb.

Yenicag.az adı çəkilən qurumların mövqeyini işıqlandırmağa hazırdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600