“Terrorçular Türkiyənin təhlükəsizliyini hədəf alıb” – Ərdoğan

“Əlimizdə olan bütün vasitələrdən istifadə edərək çoxölçülü şəkildə terrora qarşı mübarizəmizi davam etdiririk və davam etdirəcəyik.  

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən BRİKS sammitində iştirak etdikdən sonra Vətənə qayıdarkən açıqlayıb.

Türkiyə lideri qeyd edib ki, terrorun qaranlıq və qanlı kölgəsi ölkədən tamamilə çəkilməyənə qədər mübarizə davam edəcək: “Bu terror hücumunda TUSAŞ kimi seçilən bir təşkilatın seçilməsi təsadüfi deyil. Terrorçular təkcə bir təşkilatı deyil, Türkiyənin sülh və təhlükəsizliyini hədəfə alıblar. Qəhrəmanlarımız canları bahasına Türkiyənin işıqlı gələcəyini müdafiə etdilər. Təəssüf ki, xain hücumda şəhidlərimizi itirdik, 5 şəhidimiz, çoxlu yaralananımız var. Başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirəm. Biz bu qaniçən cinayətkarlara qarşı mübarizə aparacağıq, bununla bağlı heç bir fasilə yoxdur və ölkəmizi firavan gələcəyə aparmaq əzmimizi itirmədən yolumuza davam edəcəyik. Əslində, MİT direktoru İbrahim Kalın bu hücumdan sonra dərhal Ankaraya qayıdıb və bütün hadisələri yerindəcə izləyib.

Biz satqınlara inad olaraq daha çox çalışacağıq və daha çox istehsal edəcəyik”./unikal

COP29