Təsadüfən qazanılan 1 milyon dollar: Məzuniyyəti təxirə düşdü, milyonçu oldu - VİDEO

media-hightechnic-468x90

Avstraliyanın Adelaida şəhərində yaşayan xanım koronavirus pandemiyasına görə məzuniyyətini təxirə salmaqla, lotereyada böyük məbləğdə pul udub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, şansı üzünə gülən xanım bu yay məzuniyyət götürərək, Avropaya səyahət etməyi planlaşdırırdı.

Lakin koronavirus pandemiyası ona bu planını həyata keçirməyə imkan verməyib. Məcburiyyətdən ölkəni tərk edə bilməyən qadının aldığı lotereya bileti isə onu milyonçuya çevirib. Xanım lotereyada 1 milyon Avstraliya dolları (712 min ABŞ dolları) təşkil edən cek-potu udub.

Bu uğura hədsiz dərəcədə sevinən qadın qazandığı böyük məbləği xoşbəxt təsadüflə əlaqələndirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa