Texasda qasırğa 160 mindən çox sakini işıqsız qoyub

media-hightechnic-468x90

ABŞ-nin Texas ştatının şimal hissəsində güclü qasırğa nəticəsində 160 mindən çox sakin işıqsız qalıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Məlumata görə, küləyin sürəti saniyədə 35 metrə çatıb. Qasırğa nəticəsində onlarla elektrik xətti qırılıb və şəhərin infrastruktur obyektlərinə ziyan dəyib.

Proqnozlara görə, Texasda əlverişsiz hava şəraiti bütün həftə boyu davam edəcək, həmçinin qasırğa digər ştatlara da keçə bilər – Luiziana, Missisipi, Alabama, Corciya və Tennesi risk altındadır. Bundan əlavə, Kentukki ştatının şərqində, Qərbi Virciniyada, Merilendin qərbində, Ohayonun şərqində və Nyu-Yorkun cənub-qərbində güclü külək və dolu gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600