Tibb tarixində adını yazdırdı! “Dünyanın ən yaşlı körpəsi” dünyaya gəldi

media-hightechnic-468x90

 

ABŞ-ın Ohayo ştatında 1994-cü ildə dondurulmuş embriyodan dünyaya gələn körpə “Dünyanın Ən Yaşlı Körpəsi” rekordu qırıb.

Yenicag.az xəbər verir ki, qeyri-adi hadisə Ohayo ştatında baş verib. 31 il əvvəl dondurulmuş embriyodan dünyanın ən yaşlı körpəsi doğulub. Lindsi və Tim Pirs cütlüyü təxminən 1994-cü ildən bəri dondurulmuş vəziyyətdə saxlanılan embriyonu ötən il övladlığa götürüblər.

Hadisə ilə bağlı danışan körpənin anası Lindsi Pirs deyib:

“Rekord qıracağımızı düşünərək bu işə başlamamışdıq. Yalnız bir uşağımız olsun istəyirdik.”Embriyo 90-cı illərdə uşaq sahibi olmaq istəyən Linda Arçerd və keçmiş əri tərəfindən süni mayalanma üçün dondurulmuş dörd embriyodan biri olub. Müalicədən sonra cütlüyün qızı dünyaya gəlib, digər üç embriyo isə dondurulub. Cütlük boşandıqdan sonra embriyoların hüquqları Linda Arçerdə qalıb. İndi 62 yaşında olan Linda Arçerdin qızı 30 yaşındadır və özü də 10 yaşlı uşağın anasıdır.Embriyolarını “övladlığa vermək” imkanını öyrənən Arçerd illər sonra qalan üç embriyonu bir proqrama bağışlayıb. 7 ildən çox uşaq sahibi olmağa çalışan Lindsi və Tim Pirs cütlüyü həmin proqram vasitəsilə Linda Arçerdin embriyoları ilə uyğunlaşıb.

Körpə doğulduqdan sonra Lindsi deyib:
“Çətin doğuş oldu, amma indi hər ikimiz yaxşıyıq. Bu dəyərli körpəyə sahib olduğumuza inana bilmirik.”

Linda Arçerd isə təcrübənin çox duyğusal olduğunu bildirib:

“Bu, inanılmaz bir təcrübə idi. Hətta inanmaq çətindir.”

 

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa