Dəhşət – TIR-ın içindən 50 meyit tapıldı
Avstriyada dəhşətli olay yaşanıb.
Yenicag.az xəbər verir ki, ölkənin şərqində TIR-ın içindən 50-yə yaxın ölmüş miqrant tapılıb.
Avstriya Daxili İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, TIR Slovakiya sərhədinin yaxınlığındakı Parndorf şəhərində tapılıb və içində çox sayda ölü var. Araşdırmalara görə, qaçqınlar havasızlıqdan boğularaq ölüblər və artıq cəsətlərdə çürümə başlayıb.
Bu hadisə Avropanın miqrant probleminə nəzər yetirməsini sürətləndirir. Qeyd edək ki, Yaxın Şərq problemindən sonra yüzminlərlə miqrant Avropa ölkələrinə pənah gətirirlər.