Tramp və xanımı azərbaycanlı məşhurun həyat yoldaşının məktubuna cavab yazdı - FOTO

media-hightechnic-468x90

Hazırda həbsdə olan tanınmış bloqer Ata Abdullayevin ABŞ-də yaşayan həyat yoldaşı Annmari Makkoy sosial şəbəkə hesabında paylaşım edib. 

O, ABŞ Prezidenti Donald Trampa məktub ünvanladığını və qısa müddətdə məktuba Tramp və xanımı Melania tərəfindən ona cavab gəldiyini qeyd edib .

Makkoy məktubunda Trampa dünyada sülh və əmin-amanlıq uğrunda səylərinə görə təşəkkür edib. O, həmçinin Azərbaycan dövlətinin sülhpərvər siyasətindən, Prezident İlham Əliyevin müdrik və uzaqgörən diplomatiyasından bəhs edərək, Ermənistanla uzun illər davam edən münaqişənin dinc yolla həllinə yönəlmiş addımları yüksək qiymətləndirdiyini vurğulayıb.

Annmari Makkoy məktubda həyat yoldaşı ilə bağlı bəzi şəxsi qeydlərə də yer verdiyini bildirib. Onun sözlərinə görə, Tramp və xanımı Melania tərəfindən imzalanmış məktuba cavab alması onu olduqca duyğulandırıb:

“350 milyonluq bir ölkənin prezidentinin sadə bir vətəndaşa bu qədər tez və səmimi cavab verməsi məni təsirləndirdi. Trampın sülh uğrunda apardığı mübarizə onu Nobel sülh mükafatına ən layiqli namizəd edir. Bu, beynəlxalq aləmdə sülhə böyük töhfə olardı”, – deyə o bildirib. Makkoy paylaşımında ABŞ-Azərbaycan dostluğuna da xüsusi önəm verib.

Həmin məktubu təqdim edirik:

“Mən bu yaxınlarda möhtərəm prezidentimiz Donald Tramp cənablarına məktubla müraciət etmişdim. Həmin müraciətimdə ona dünyada sülh və əmin-amanlığın əldə olunması naminə göstərdiyi səylərə, mənim də sıx ailə telləri ilə bağlı olduğum və çox sevdiyim Azərbaycan dövlətinin sülhsevər fəaliyyətinin,xüsusilə ölkə rəhbəri İlham Əliyev cənablarının müdrik və uzaqgörən xarici siyasətinin məqsədyönlü davamı kimi Azərbaycanla Ermənistan arasında uzun illərdir ki, davam edən münaqişənin dinc yolla başa çatması istiqamətində 8 avqust 2025-ci il tarixdə Ağ Evdə atdığı qətiyyətli və səmərəli addımlara görə təşəkkürlərimi bildirmişdim. Məktubda həmçinin əslən azərbaycanlı və Azərbaycan vətəndaşı olan, həmin ölkədə yaşayan blogger həyat yoldaşımla bağlı bəzi özəl qeydlərim də öz əksini tapmışdı.

Heç gözləmədiyim bir nəticə ilə üzləşdim. 350 milyonluq bir ölkə prezidentinin şəxsən özünün imzası ilə özü və çox hörmətli xanımı Melanyanın adından mənə-sadə bir vətəndaşa çox qısa bir zamanda cavab məktubu göndərilməsi məni olduqca duyğulandırdı və mütəəssir etdi. Təşəkkürlər möhtərəm Prezident! Siz bununla bütün amerikalıların prezidenti olduğunuzu bir daha sübut etdiniz. Mübaliğəsiz demək olar ki, Siz sülh uğrunda sonadək mübarizə aparan cəsarətli bir dövlət başçısı kimi Nobel sülh mükafatına ən layiqli namizədsiniz. Bu cür seçim edilməsi çox ədalətli bir qərar və beynəlxalq aləmdə sülh işinə ən gözəl bir töhfə olardı. Tanrı Sizi və Amerikanı qorusun! Yaşasın ABŞ – Azərbaycan dostluğu!

Hörmətlə: A.Makkoy”media-inshot_20250908_174101564

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa