Trampın Tehranla bağlı olan RİTORİKASI: Nüvə siqnalı, yoxsa siyasi BLEF?

media-hightechnic-468x90

“Nüvə müharibəsi riski istisna olunmur, lakin hazırkı situasiyada prioritet deyil”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O, ABŞ Prezidenti Donald Trampın “Tehranın boşaldılması” ilə bağlı xəbərdarlığını və nüvə müharibəsi ilə bağlı ehtimalları şərh edib.

Politoloq bildirib ki, bu xəbərdarlıq ritorik gücü yüksək olan, lakin strateji baxımdan ölçülmüş bir mesaj kimi oxunmalıdır:

“Bu tip bəyanatlar qarşı tərəfə siyasi və hərbi siqnal göndərmək məqsədi daşıyır, dərhal nüvə müharibəsinə keçidi zəruri etmir. Hazırkı mərhələdə ABŞ rəhbərliyi nüvə silahından istifadəni son seçim kimi saxlayır və bu istiqamətdə diplomatik alətləri tam tükətməyib. İran isə belə mesajlara qarşılıq verərkən daha çox regional müttəfiqləri vasitəsilə cavab verir. Yəni birbaşa toqquşmanı genişləndirməkdə maraqlı görünmür”.

Onun sözlərinə görə, proseslərin gedişi daha çox güc balansının və strateji səbrin sınanması üzərində qurulub:

“Hər iki tərəf, xüsusilə də ABŞ, nüvə silahından istifadənin qlobal miqyasda yaratdığı nəticələrin fərqindədir. Beynəlxalq ictimaiyyətin də bu məsələdə səssiz qalması mümkün deyil. Çünki belə bir ssenari artıq regional yox, planetar təhlükəyə çevrilər. Trampın bəyanatı həm daxili siyasi auditoriyaya, həm də İran daxilindəki hərbi qərar vericilərə yönəlmiş sarsıdıcı psixoloji siqnaldır”.

T. İsmayılova görə, hazırda diqqət, əsasən, İranın atacağı növbəti addıma yönəlib:

“Əgər Tehran nüvə proqramını açıq şəkildə silahlanma istiqamətində irəlilədərsə, gərginliyi daha yüksək mərhələyə keçirə bilər. Amma bu mərhələdə ABŞ-İran qarşıdurması daha çox klassik güc balansı və strateji hədəfli kampaniyalar çərçivəsində davam edir. Bir sözlə, nüvə müharibəsi riski istisna olunmur, lakin hazırkı situasiyada prioritet deyil. Gedişat sülh və müharibə arasında həssas bir tarazlığın qorunduğu təhlükəli, lakin hələ idarəolunan fazadadır”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600