Türk dünyasının keçmişinə işıq tutan layihə başa çatdı

media-hightechnic-468x90

2025-ci ilin may-iyun ayları ərzində Müsavat TV-də yayımlanan “Türk Dünyasının Müqayisəli Təhlili” layihəsi 30 iyun 2025-ci il tarixində uğurla tamamlandı. Layihə türk dünyasının tarixi, siyasi və mədəni qatlarını dərindən incələyən, analitik və publisistik yanaşma ilə təqdim olunan 7 veriliş və bir sıra məqaləni əhatə edib. Layihənin rəhbəri tədqiqatçı Günay Hüseyn, bütün verilişlərin əsas qonağı isə tarixçi və türkoloq Əkbər Nəcəf olub.

Verilişlərdə türklərin mənşəyi, inanc sistemi, imperiya quruculuğu, Osmanlı-Səfəvi münasibətləri, yazı mədəniyyəti, qadın liderlərin rolu və türk coğrafiyasının parçalanma səbəbləri kimi mövzular dərin tarixi və müasir siyasi konteksdə təhlil olunub. Hər buraxılış 45-60 dəqiqə davam edib və geniş tamaşaçı auditoriyasının marağına səbəb olub.

Layihə çərçivəsində, həmçinin aktual və fundamental tarixi məsələlərə dair aşağıdakı məqalələr də Müsavat Media Qrupunda yayımlanıb:

“Səfəvilərin döyüşçü, hökmdar və sürgün xanım sultanı”,
“Orta əsrlərdə türk xanədanlarının saray intriqaları və zəhər savaşları”,
“Tarixin gedişini dəyişdirən – 751-ci il Talas Döyüşü”,
“Türk dünyasının gizli xeyriyyəçiləri: Məlamilər”,
“Tarixdə ilk intellektual etiraz: Şuubilik hərəkatının formalaşması və Türk dünyasının İslam mədəniyyətində rolu”.

Layihənin əsas məqsədi yalnız tarixə nəzər salmaq deyil, həm də bu günün türk kimliyi və gələcəyinə dair sualları ictimai müzakirəyə çıxarmaq olmuşdur. Bütün bunlar həm televiziyada, həm də onlayn platformalarda geniş rezonans doğurmuş, milli özünüdərkə və mədəni yaddaşa töhfə verib.

“Keçmişin kölgələri – Türk Dünyasının Müqayisəli Təhlili” layihəsi öz missiyasını uğurla başa vurmuş,  onun yaratdığı fikir platforması və zəngin elmi-publisistik irs gələcəkdə də davamlı şəkildə istifadə ediləcək və istinad olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600