Türkiyə İranla sərhəddə təhlükəsizliyi gücləndirdi
Qonşumuz İranda baş verən son hadisələrlə əlaqədar sərhədimizdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
“Bundan əlavə, sərhədlərimizdə qurduğumuz təhlükəsizlik sistemlərinin bir çox ölkələr üçün nümunə olduğunu bir daha xatırlatmaq istəyirəm. Gələcəkdə baş verə biləcək yeni proseslərə qarşı sərhəd təhlükəsizliyimizi ən yüksək səviyyədə təmin etməyə davam edəcəyimizə heç kim şübhə etməsin”, – nazir əlavə edib.
Qeyd edək ki, Y.Gülər və Türkiyə Silahlı Qüvvələrin Komandanlığı İran sərhədində yerləşən hərbi hissələri yoxlamaq üçün Vana səfər edib./axar.az