Türkiyə Prezidenti Putin və Zelenski ilə danışacaq

media-hightechnic-468x90

“Bazar günü (dekabrın 11-də – red.) rusiyalı həmkarım Vladimir Putinlə danışacağam”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT World” forumunda çıxışı zamanı deyib.

“Eyni zamanda, ukraynalı həmkarım Volodimir Zelenski ilə danışacağam. Məqsədimiz “Taxıl sazişi”ni davam etdirmək, xüsusilə kasıb ölkələrə taxıl ixrac etməkdir”, – Türkiyə lideri bildirib.

Ərdoğanın sözlərinə görə, bütün dünya görüb ki, Türkiyə sülh üçün çalışır: “Səylərimizi gələcəkdə də davam edəcəyik”./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600