Türkiyə və Yunanıstan arasında növbəti siyasi dialoq keçirildi

media-hightechnic-468x90

İyunun 12-də Ankarada Türkiyə və Yunanıstanın xarici işlər nazirlərinin müavinləri Mehmet Kemal Bozay və Alexandra Papadopoulou arasında dördüncü siyasi dialoq keçirilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, toplantının yekunlarına dair birgə açıqlama yayılıb.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, Türkiyədə keçirilməsi planlaşdırılan 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlıq çərçivəsində görülən işlər dəyərləndirilib.

Nazir müavinləri, həmçinin regional və beynəlxalq məsələlərlə bağlı aktual mövzuları da nəzərdən keçiriblər.

Müsbət abı-havada keçən görüşdə tərəflər qarşılıqlı, eləcə də beynəlxalq əməkdaşlıq sahələrini daha da inkişaf etdirmək istiqamətindəki ortaq öhdəliklərini bir daha təsdiqləyiblər./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05