Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) daha 166 nəfər dünyasını dəyişib.
Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 46 787 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 8 738 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 212 123 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 12 205 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 057 713 nəfər təşkil edir.