4 günlük təhsil: Digər universitetlərdə də dərs günü AZALACAQ? – VİDEO
Bir neçə universitetdə bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükünün azaldılaraq 4 günə endirilməsi digər təhsil ocaqlarında da tədrisin azaldılması məsələsini gündəmə gətirib.
Mövzunu Yenicag.az-a şərh edən təhsil ekspert Elçin Əfəndi adekvat addımları sadalayıb.
Onun sözlərinə görə, ali təhsil məktəblərində dördgünlük, hətta üçgünlük dərs müddətinə keçmək mümkündür:
“Bunun üçün dərs yükünün azaldılması şərtdir. Bəzi ixtisaslarda lazım olmayan qeyri fənlərin çıxarılması, tələbəyə vacib olan bilik və bacarıqları saxlamaq şərtilə dərs yükünü təyin etmək mümkündür. Bunu ölkədə fəaliyyət göstərən hər bir təhsil ocağı edə bilər”.
Videonu təqdim edirik:
Cəvahir