Avropa Komissiyası İsrailə qarşı məhdudiyyətləri müzakirə edəcək

media-hightechnic-468x90

Avropa Komissiyası sentyabrın 17-də İsrailin Qəzzadakı fəaliyyətləri səbəbindən ona qarşı məhdudlaşdırıcı tədbirlər paketini müzakirə edəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi nümayəndəsi Paula Pinyo brifinqdə bildirib.

“Sabah kollegiya iclasında komissarlar İsraillə bağlı tədbirlər kompleksini nəzərdən keçirəcəklər. Buraya Aİ ilə İsrail arasında Avropa-Aralıq dənizi sazişinin müəyyən ticarət müddəalarının dayandırılması ilə bağlı komissiyanın təklif də daxildir”, – o bildirib.

P.Pinyo qeyd edib ki, təklif olunan tədbirlər arasında Aİ Şurasının, yəni ittifaqa üzv 27 ölkənin təsdiqini tələb edənlər var.

Bununla yanaşı, Avropa Komissiyası Qəzza şəhərindəki vəziyyətin faciəli olduğunu vurğulayıb./report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05