Türkiyədə yenə terror: 2 ölü, 22 yaralı-VİDEO-
Türkiyədə yenidən terror aktı törədilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gaziantep Polis İdarəsinin binası qarşısında partlayış olub.
Partlayış nəticəsində 1 polis şəhid olub, 23 nəfər yaralanıb. Yaralıların 19-u polis əməkdaşı, 4-ü mülki şəxsdir.
Terror aktının İŞİD terror qruplaşması tərəfindən törədildiyi bildirilir.
***
Son məlumatlara görə, hadisə nəticəsində 2 polis əməkdaşı ölüb, 22 nəfər yaralanıb.
https://youtu.be/iqfsHjvi6oY