Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin Dənizli vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 23:03-də Çardak rayonunda qeydə alınıb

Zəlzələnin episentri yeddi kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 473 binaya ziyan vurulub.

COP29