Türkiyəni qarışdıran “virtual kazino” SKANDALI: Tanınmış şəxslər İFADƏ VERDİLƏR

media-hightechnic-468x90

Türkiyədə sosial media fenomenləri Kemal Can Parlak və Tolunay Örenin də daxil olduğu 10 nəfər barəsində aparılan istintaq çərçivəsində prokurorluqda ifadə vermə prosesi başlanıb.

Yenicag.az “Haber Global”a istinadla xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Kiber Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq zamanı müəyyən edilib ki, “Twitch”, “YouTube”, “Instagram” və “TikTok” platformalarında yüksək izləyici sayına malik olan bəzi fenomenlər “Key Drop” adlı sayt üzərindən “rəqəmsal oyun” adı altında “virtual sandıqlar” açaraq qazandıqları virtual əşyaları pula çevirməyə çalışıblar.

Bu prosesin isə istifadəçiləri qumara təşviq etdiyi və qeyri-qanuni gəlir əldə olunmasına səbəb olduğu iddia olunur.

Sözügedən araşdırma çərçivəsində aparılan virtual patrul fəaliyyəti nəticəsində 19 nəfərə qarşı eyni anda əməliyyat həyata keçirilib. Nəticədə Kemal Can Parlak, Tolunay Ören, Eray Can Özkenar, Ferhat Can Dama, Ömer Faruk Karataş, Mert Kancefer, Furkan Burak Bayrak, Duru Batır, Necati AkçayFerit Karakaya aslı sosial media fenomenləri saxlanılıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600