Ucarda yolu keçən piyadanı maşın vurub öldürdü

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ucarın Təzə Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini Elçin İsmayılovu vurub.

Ağır bədən xəsarətləri alan yaralı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

COP29