UEFA Millətlər Liqası: Azərbaycanlı azarkeşlər üçün biletin qiyməti bəlli oldu

UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə Estoniya ilə qarşılaşacaq Azərbaycan millisinin azarkeşləri üçün ayrılan bilet qiyməti bəlli olub.

Yenicag.az xəbər verir ki, qonaq tərəfdarlar üçün ayrılmış B-16 sektoruna biletlərin qiyməti 35 AZN-dir.

Yığmanı səfərdə dəstəkləmək istəyən azarkeşlər biletlər iTicket.az-da onlayn şəkildə əldə edə bilərlə.

Qeyd edək ki, oktyabrın 11-də Tallin şəhərində yerləşən “Lilleküla” stadionunda keçiriləcək Estoniya – Azərbaycan matçı yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

COP29