Ukaynada döyüşlər genişlənir

media-hightechnic-468x90

sdffSəhər saatlarından Ukraynanın şərq vilayətlərində başlayan şiddətli atışmalarla bağlı növbəti məlumatlar yayılıb.  

Hazırda Luqansk vilayətinin Novodrujovo kəndinin yaxınlığındakı vağzalın ətrafında Milli Qvardiya ilə separatçılar arasında qanlı atışma gedir.  

Şahidlərin fikirlərindən:  

“Artıq 4 saatdır ki, döyüş davam edir. Qarşıdurma yaxınlıqdakı körpünün ətrafındadır. İlkin məlumata görə, 4 nəfər güllə yarası alıb. Yaralananlar separatçılardır, yoxsa Milli Qavardiyanın əsgəri olduğunu bilmirik”.  

Luqansk vilayətinin Privolye və Starıy Krasnyanki məntəqələrini birləşdirən körpü də partladılıb. Luqanskın Lisiçansk şəhərinin xəstəxanasına 1 ölü və bir neçə yaralı gətrilib.  

Qeyd edək ki, daha bir məlumatda terrorçuların yerli sakinləri işə buraxmadıqları və onlardan canlı səd kimi istifadə edildiyi deyilir.

  Vahiməli səslər eşidilir.   Bu arada sosial şəbəkələırdə Luqanskın Rubejni adlanan məntəqəsində atışmaları əks etdirən video paylaşılıb.

Xatırladaq ki, bir qədər öncə Donbas vilayətindən də həyacanlı xəbərlər daxil olmuşdu və Milli Qvardiyanın 24 əsgərinin öldürüldüyü bildirilirdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600