Ukrayna “bataqlığında boğulan” Rusiyanın, Qafqaz hikkəsi…

media-hightechnic-468x90

 

 

Rusiya yenə başlayıb… Nə xoşuna gəlmədi? Yəqin ki, Qafqazlarda yeni müharibə başlada bilməməsi.

Siyasət insan xisləti üzərində qurulub. Situasiyalarda insanlar kimi dövlətlərin də xisləti bəlli olur. Məsələ Yekatrinburq hadisəsi neçə mininci dəfə Rusiyanın kimliyini ortaya qoyduğu kimi. Və baş verənlər Rusiyanın Cənubi Qafqaza girmək üçün, əsas hədəfinin Azərbaycanı çökdürmək olduğu həmişə olduöu kimi yenə də çox aydın görünür. Rusiya öz ərazisində azərbaycanlılara qarşı yenə də şovinizm, diskriminasiya, milli ayrıseçkillik mövqeyindədir. Yekaterinburqda azərbaycanlıların ölümü ilə nəticələnən hadisələrə başqa ad qoymaq olmur. Siyasi hikkəsi Rusiyanı dövlət olaraq çox dərin bataqlığa aparır, Ukraynaya…

…Ukrayna ilə müharibədə insan difisiti yaşayan Rusiya artıq miqrantları müxtəlif təzyiq və şantajla müharibəyə aparmağa çalışır…

…Əgər bu cəhdi alınmırsa, Rusiya, miqrantları narkotiklər və törətmədikləri digər cinayətlərlə bağlı hədəfə alır…

…Burdan da bir nəticə yoxdursa, Rusiya, özünə də iqtisadi lazım olan miqrantların ailəsinə, evinə soxulur, ailə başçılarını, ailə üzvləri ilə təhdid edir ki, onları müharibəyə cəlb edə bilsin. Cəlb edə bilirsə, yenə də problem yaranır…

…Bu dəfə miqrantlar aldadılır. Onlara verilən vədə, Rusiya əməl etmir…

…Müharibədən yarımcan dönən miqrantları da təcili geri dönmək tələbi ilə yenidən şantaj edir, qorxudur…

Bu yaxınlarda, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etiraflarında bu xarakterli xeyli məlumatlar var.

Bu əslində, MİQRANT GENOSİDİDİR. Və Rusiya bu genosidi əsirlər boyu gizli törədirdir. İndi bütün dünyaya qarşı döyüşdüyü üçün hrç bir gizlini qalmır. Bu isə o deməkdir ki, indi Rusiya dünyada hər kəsin hədəfidir. Həm də öz qara tarixində yeni səhifə açdı: Milli-dini zəmində “MİQRANT GENOSİDİ”.

Bu zəmində Azərbaycana aid mülki təyyarəni vurması hadisəsini və ona Ruaiyanın münasibətini unutmur. Azərbaycan bu məsələnin beynəlxalq müstəvidə ədalətli həllinə, günahkarların cəzalandırılmasına, zərərçəkənlərə kompsesasiyaların ödənilməsinə mütləq nail olmaqdır.

Azərbaycan eyni zamanda, Həştərxanda keçirilən rəsmi tədbirə dəvətli olan azərbaycanlı millət vəkilinin, Rusya ərazisinə buraxılmaması hadisəsini də unutmur.

Rəsmi Bakı həmçinin Rusiyanın Azərbaycanın informasiya resurslarına kiberhücumların təşkilatçılarından olması faktını da unutmur. Azərbaycan müvafiq hesabatlarda bu hadisələri rəsmi qeydlərə keçirib.

***

…Rusiyada azərbaycanlılara paralel zamanla, tacik, özbək, çeçen millətindən olan insanlar da, milli-dini zəmində, həm də rəsmi dairələrdən idarə olunan sərt münasibətlə qarşılaşıb. Bu eyni zamanda Rusiyanın, türk-müsəlman fobiyasıdır. Bu xalqlar, Stalinin göstərişi ilə Sover İttifaqı Mərkəzi Komitəsinin türk və müsəlman xalqlarının tarixinin yenidən yazılması haqda gizli qətnaməsini da unutmur. O qətnamənin sıradan çıxarmaq üçün SSRİ-nin türk-müsəlman respublikası tarixçilərinin apardıqları qeyri-bərabər soyuq savaş və “tarixçi ovu” əməliyyatlarını da yaxşı xatırlayır.

Yeri gəlmişkın bu məsələlərdə Kremlə yaxın media resursları da Rusiya qədər ədalətsizlik sərgiləyir. Marqo Simonyan, Solovyov və daha bir neçə “ünlü” isim bu sırada xüsusidir.

Ermınistanda daxili vəziyyətin gərginləşməsi başda olmaqla Rusiya, Azərbaycan-İran, Azərbaycan-Ermənistan, İran-Ermənistan, Azərbaycan-israil-İran, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-TDT, Azərbaycan-Çin, Azərbaycan-İsrail, Azərbaycab-ABŞ, Azərbaycan-AB və ölkələri, münasibətlərinin gərilməsinin, istınilən anda Cənubi Qafqazda yeni münaqişə yaratmağın tərəfdarıdır. Hegdmonluq erasının bitməsini heç cür qəbullanmayan Rusiyanı “Azərbaycan ərazisindən heç bir ölkə vurulmayacaq” deməklə aətiyyət göstərən Azərbaycan dövlətinin mövqeyi, iradəsi qane etmir.

Bir sözlə, Rusiya qəbul etmək istəmir ki, təkcə regionun yox, dünyanın idarəçiliyində ciddi siyasi-iqtisadi dəyişikliklər baş verir. Bütün diktatorlar, hegemonlar ya müttəfiq olmağı öyrənəcəklər, ya da sıradan çıxarılacaqlar. Rusiya isə bu siyahının ən başındadır. Siyasi hikkəsi Rusiyanın milli genefondu uçurumdan aşağı endirməkdədir. Odur ki, siyasi-diplomatik davranışlarında yeni qanlı səhifə açıb: MİQRANT TERRORU. Odur ki, indi Rusiyanı Ukrayna bataqlığın “boğmağı” hədəfləyir. Təkcə Qərb və Avropa yox, artıq bütün dünya bu “boğulmaya”, hə, deyir…hətta ən yaxın qonşular da…

Jalə Mütəllimova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600