Ukrayna prezidentinə sui-qəsd olacaq
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Dövlət Mühafizə İdarəsinə prezident Aleksandr Turçinov, baş nazir Arseniy Yatsenyuk və baş nazirin müavini Vitali Yaremaya qarşı sui-qəsd təşkil olunacağı ilə bağlı xəbərdarlıq edib.
Bu barədə Dövlət Mühafizə İdarəsinin rəhbəri Valeri Qeletey məlumat verib.
“Bu gün UTX bizə hökumət rəsmilərinə sui-qəsd hazırlanması ilə bağlı məlumat verdi. Artıq bu şəxslər dövlət tərəfindən mühafizə olunur. Bu məlumatdan sonra onların mühafizəsi daha da gücləndi. Təhlükəsizliklə bağlı nə qədər lazımdırsa o qədər də mühafizəçi təyin edəcəyik”, – deyə Qeletey bildirib.
Mühafizə rəisi bundan başqa prezidentliyə namizədlər – Olqa Boqomolets, Mixail Dobkin, Oleq Lyaşko, Pyotr Poroşenko, Serqey Tiqipko, Yuliya Timoşenko və Oleq Tyaqniboka qarşı da sui-qəsdin hazırlandığını deyib.
Onun sözlərinə görə, artıq adları çəkilən namizədlər də dövlətin mühafizəsi altındadır(axar.az).