Ukrayna Rusiya ərazisinə hücum etdi

Ukrayna Hərbi Dəniz Qüvvələri ilə Təhlükəsizlik Xidməti birlikdə Rusiyanın Krasnodar vilayətinin Oktyabrski qəsəbəsi yaxınlığında yerləşən “Şahed” tipli pilotsuz təyyarələrin saxlandığı bazaya hava hücumu edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, bazada 400-ə yaxın hücum pilotsuz təyyarəsi saxlanılıb. Baş Qərargah aydınlaşdırıb ki, müşahidə nəticələri hədəfə dəqiq vurulduğunu göstərib. Hadisə yerində ikinci dərəcəli partlayış müşahidə olunub./Azertag/

COP29