Ukrayna üçün əlavə 1,2 milyard AVRO – Avropa İttifaqı qərar verdi

media-hightechnic-468x90

Avropa İttifaqının (Aİ) Şurası Ukraynaya 1,2 milyard avro kredit ayrılması haqda qərar qəbul edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu kreditin birinci tranşı Aİ-nin Ukraynaya güzəştli kreditin ayrılmasını nəzərdə tutan Qarşılıqlı anlaşma və kredit razılaşması Memorandumunun imzalanmasından sonra təqdim olunacaq.

Bu barədə məlumatı açıqlayan Ukrayna Maliyyə Nazirliyinin bildirişində aşağıdakılar qeyd edilib:

“Aİ-nin Ukraynaya kredit ayrılması haqqında qərarı presedenti olmayan qısa müddət ərzində qəbul edilib. Biz Ukraynada maliyyə sabitliyinin təmin olunmasında böyük töhfə verdiyi üçün avropalı tərəfdaşlarımıza sonsuz minnətdarlığımızı bildiririk”.

Sözügedən kreditin növbəti tranşının isə ilk tranş əsasında həyata keçirilmiş tədbirlərin qiymətləndirilməsinə uyğun qaydada ayrılacağı gözlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa