Ukraynadan Lukaşenkoya TƏRS SİLLƏ - İki ölkə arasında “BAYRAQ QALMAQALI”
Belarus Ukraynanın Dnepr şəhərində yaranmış bayqar insidentinə görə Kiyevə etiraz notası göndərib.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Ukraynanın Dnepr şəhərində Belarusun mövcud dövlət bayrağının deyil, 1995-ci ilə qədər istifadə olunmuş bayrağının qaldırılması Minskin sərt etirazı ilə qarşılanıb.
Qeyd olunur ki, Dnepr meriyası insidentə görə yayılmış məlumatlara reaksiya vermədiyi üçün Belarus səfirliyi Ukraynanın Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası təqdim edib.
Belarus hakimiyyəti bu insidenti Ukraynanın “belarus xalqına qarşı qərəzi” və daxili işlərə müdaxilənin yolverilməzliyi haqda beynəlxalq normaların pozulması kimi qiymətləndirib.
Notada Belarusun dövlət bayrağının yerinə qaytarılması, hadisəyə görə üzr istənilməsi və müvafiq araşdırma aparılması tələb olunur.