Ukraynalı deputat müharibədə HƏLAK OLDU

media-hightechnic-468x90

Ukraynada Kiyev Şəhər Şurasının Avropa Həmrəyliyi Partiyasından olan deputatı Sergey İlnitski cəbhədə həlak olub.

Yenicag.az ukrinform.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko məlumat verib.

“Hamımız üçün böyük itki. Dostum, Kiyev Şəhər Şurasının deputatı Sergey İlnitski həlak olub”, – Poroşenko bildirib.

Məlumata görə, deputat Donbasda, Kurdyumovka istiqamətində gedən döyüşlər zamanı halak olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa