Ukraynanın səfiri İsrail XİN-ə çağırılıb
Ukraynanın Təl-Əvivdəki səfiri Yevgeni Korniyçuk Ynet portalına verdiyi müsahibədə İsrailin baş naziri Binyamin Netanyahu ilə Rusiya Prezidenti Vladimir Putin arasında danışıqların əhəmiyyəti barədə söylədiyi fikirləri tənqid etdikdən sonra Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ynet məlumat yayıb.
Məlumata görə, İsrail XİN-in baş direktorunun müavini Yuval Foks səfirə bildirib ki, onun açıqlamaları “tamamilə qəbuledilməzdir” və “diplomatik protokolu pozur”.
Xatırladaq ki, dekabrın 8-də Netanyahu Knessetdə çıxışı zamanı Putinlə mütəmadi əlaqə saxladığını deyib.
Baş nazirin sözlərinə görə, bu əlaqələr “onilliklərdir İsrailin həyati vacib maraqlarına xidmət edir”.












