Üstü bəzək, altı təzək YOLLARIMIZ: "Yol təmirində nəzarət artırılmalıdır"

media-hightechnic-468x90

“Yolların təmirində icraçı şirkətlər anlamalıdırlar ki, onlar nəzarətdədirlər.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib.

media-1584360677_untitled-1

Ekspert, bir neçə gün öncə ölümlə nəticələnən hadisə ilə bağlı danışaraq icraçı şirkətlərə xəbərdarlıq edib:

“Bir neçə gün öncə çox təəssüf edici bir hadisə baş verdi. İnsanlarda təmir olunan ərazilərə görə narahatlıq hissi yaranmağa başladı. Bu ərazilər o ərazilərdir ki, burada nəqliyyat vasitələrinin etibarlığı azalır, hətta ağır tonajlı nəqliyyat vasitələri belə, bəzən yüngül çəkili nəqliyyat vasitələrinin hərəkətinə belə, insanlar ehtiyatla yanaşacaqlar. Bu məsələdə yaxşı hal ondan ibarətdir ki, xüsusi xidmət orqanları tərəfindən bu ərazilər nəzarətə götürülüb və araşdırılır. Bu, ən doğru qərardır. Bundan sonra işi icra edən şirkətlər bir daha əmin olmalıdırlar ki, onlar nəzarət altındadırlar.” – deyə Aslan Əsədov vurğulayıb.

Ekspert qeyd edib ki, təmir işləri həyata keçirilən ərazilər xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülüb və araşdırılır. Onun fikrincə, bu addım ən doğru qərar olub. Bundan sonra isə işləri icra edən şirkətlər bir daha əmin olmalıdırlar ki, onlar ciddi nəzarət altındadırlar.

Nurlan Cəfərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600