!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vaqner” üsyanından bir il ötdü: Qanlı olaylarda Patruşev faktoru – ŞOK DETALLAR

!Reklam – Yazi

 

Müasir Rusiya tarixində ən maraqlı, müəmmalı və vacib hadisələrindən olan Yevgeni Priqojinin rəhbərliyi ilə “Vaqner” üsyanından bir il ötdü.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.

Kanal yazır ki, “Peterburq klanı”nın ən önəmli üzvlərindən olan, 90-cı illərdə həbsdə yatmış, daha sonra Putinin yanında yüksəlmiş və Kremli ərzaqla təmin edən “Konkord” şirkətlər qrupunu təsis edən Yevgeni Priqojin Vladimir Putinin baş aşpazı kimi tanınıb.

“O həm də Qərblə “bal ayı dövrü”ndə Corc Buş, Jak Şirak və Gerhard Şröderlə təmaslarda Putinin daim yanında olub. Yəhudi əsilli Priqojin Rusiyanın ən zəngin iş adamı olan Rottenberqlər sayəsində Rusiya siyasi elitasına daxil olub. O, Baş Kəşfiyyat İdarəsinin (“QRU”) keçmiş əməkdaşı, Putinin iş yoldaşı olmuş Dmitri Utkinlə birlikdə “Vaqner” qruplaşmasını təsis edib.

“Vaqner” Ukrayna müharibəsində nizamlı ordu ilə döyüşərək qalib gələn, Baxmut şəhərini nəzarətə götürərək, hərb sahəsində yenilik gətirmişdir. Priqojin Müdafiə Nazirliyi rəhbərliyi ilə olan konfliktini daha da böyüdüb, Putindən onların istefasını tələb edərək Moskvaya doğru üsyana qalxmışdı”, – deyə kanal yazıb.

“Priqojin üsyanı” zamanı Yevgeni Priqojin Moskvaya uzun marşrut həyata keçirtdi. Burada ən önəmli rolu isə o dövr Rusiya Təhlükəsizlik Şurasının baş katibi olmuş Nikolay Patruşev oynadı. Rusiyalı müxalif araşdırmaçı, xarici agent elan edilən Mixail Zıqar öz yazılarında qeyd edir ki, Patruşev dərhal Qərblə əlaqəyə keçərək, Qərbdən Priqojinə dəstəyi önlədi. Eyni zamanda, Rusiya elitasının Priqojinə dəstək verməsinin qarşısını aldı.

Mediada Priqojinin nüvə anbarını ələ keçirməsi xəbərləri Qərbi daha da narahat edirdi və onlar buna görə Rusiya hakimiyyəti ilə təmasları artırdılar. Tver vilayətində üsyandan bir neçə ay sonra təyyarə qəzasında müəmmalı şəkildə həlak olan Priqojinin ölümündə də Qərb kəşfiyyatının iddiasına əsasən, məhz Patruşev əsas rol oynamışdı”, – deyə məlumatda deyilir.

Kanalın məqaləsində qeyd olunub ki, “Priqojin üsyanı”nın dayandırılmasında daha önəmli rolu o dövr Tula vilayəti qubernatoru olan, “KQB” yetirməsi, Rusiya qəhrəmanı Aleksey Dumin oynamışdı.

“Belə ki, Dumin dərhal Rusiya kəşfiyyatı və Federal hökumətlə əlaqəyə keçmiş, eləcə də o, Tulada üsyana dəstəyi önləmiş, eyni zamanda Rusiya hakimiyyətinin də razılığı ilə Priqojinlə əlaqəyə keçərək, Rusiya elitası və Putin qarşısında özünün statusunu daha da artırmışdı. Rusiyalı müxalif araşdırmaçı Yevgeni Patnikov qeyd edir ki, Dumin 2014-cü il Ukrayna hadisələrindən sonra Putin qarşısında öz sadiqliyini və rolunu bir daha sübut etdi və üsyanın yatırılmasında oynadığı rola görə xilaskar imici əldə etdi. Duminin məhz bu hadisələrdən sonra federal hökumətdə və elitada yüksəlişi başladı. O, hazırda Putinin varisliyinə ən şanslı namizəddir”, – deyə məlumatda qeyd edilir.

Məlumata görə, Priqojin və ya “Vaqner” üsyanı həmçinin Aleksandr Lukaşenkonu Rusiya üçün önəmli hala gətirdi.

“Lukaşenko Rusiyadan ifrat asılılığına baxmayaraq, Ukrayna müharibəsinə birbaşa müdaxilədən ölkəsini yayındıra bildi və Priqojin üsyanında vasitəçiliyi ilə də Rusiya daxili siyasətində rolunu və təsirini artırdı. Lukaşenko hadisələrdə düzgün “stavka”lar edərək, dividentlər də əldə edə bildi.

Priqojin üsyanına əsas məqsədlərindən biri Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin istefası olsa da, əsas məqsəd rus milliyyətçi idarəetməsini formalaşdırmaq idi. Priqojin özü yəhudi əsilli olsa da, digər yəhudi əsilli Rusiya Aerokosmik Qüvvələrinin keçmiş komandanı Sergey Surovokinin Baş Qərargah rəisi olmasını istəyirdi. Onlar hər ikisi qatı rus-slavyan milliyyətçiləri idi”, yazıda bildirilir.

“Onlar hesab edirdi ki, Rusiya ordu komandanlığında olan “tatar klanı” zərərləşdirilməlidir. Surovikin üsyandan sağ çıxsa da, sürgünə göndərildi. Onun Baş Qərargah rəisliyində adı hallansa da, iddialara əsasən, Aleksey Dumin buna mane olub. Üsyanı tənqid etsə də, komandanlığın dəyişdirilməsini tələb edən və hazırda həbsdə olan, separatçı “DXR”-in (Donetsk Xalq Respublikası – red.) keçmiş müdafiə naziri, KQB yetirməsi İqor Strelkov Girkin idi.

Putin Yevgeni Priqojin qiyamına əsəbiləşsə də, hətta o aradan götürülsə də və üsyanda Putin dövrün müdafiə naziri Sergey Şoyqunu dəstəkləsə də, Kreml rəhbəri onun dediklərinin heç birini mənasız hesab etmədi və hər birini özü üçün qeyd etdi”, – deyə məqalədə qeyd olunub.

Kanal analitiklərinin fikrincə, bu Rusiya liderinin uzun illərdir ki, mövcud olan siyasi xarakteridir.

“O, liberal və milliyyətçilərin güclənməsinə imkan vermir, amma onların tənqidlərini də kənara atmır. Priqojin kimi hədəf seçmişdisə, onlar bir-bir aradan götürülür. Məhz Priqojin üsyanından bir il sonra Putin Şoyqunu Müdafiə Nazirliyindən uzaqlaşdırdı, onun ətrafını təmizlədi və rus-sovet milliyyətçisi olan Andrey Belousov yeni müdafiə naziri təyin edildi.

Putin bu üsyandan anladı ki, milliyyətçilər Kreml üçün liberallardan daha böyük təhlükədir. Üsyan Rusiya hakimiyyətinin zəif tərəflərini üzə çıxarsa belə, Rusiyada elita birləşdi, hakimiyyət daha da gücləndi və ən əsası bu üsyandan Putin hər kəsin gücünü azaldaraq, onları nəzarətə götürdü və Priqojinin ölümündən sonra məqsədinə qismən də olsa, çatdı”, – deyə analitiklər bildirib.

Rafi Müslümov

COP29

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv