Sabunçu rayonu, 128 nömrəli tam orta məktəbdə xüsusi bir tədbir baş tutdu: Zəfər Günü münasibətilə keçirilən mərasim çərçivəsində, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsinin qalibi Aynur Qasımova Yusub qızının həyata keçirdiyi “Kənd Məktəbində Riyaziyyat və Həndəsə Üzrə Beynəlxalq Təlimlər” adlı layihənin rəsmi açılışı oldu. Tədbirdə məktəb rəhbərliyi, Khan Academy-nin Azərbaycandakı nümayəndəliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.