Vətəndaşlar ev alarkən müəyyən çətinliklərlə üzləşir. Son illər insanlar arasında “makler evləri” deyə tanınan və adından da göründüyü kimi maklerlər tərəfindən tikilib satılan evlərlə bağlı xeyli sayıda şikayət nəzərə çarpır. Bu cür evləri alanlar bir müddət sonra evdə müxtəlif problemlərin meydana gəldiyini, təmir, tikinti və kosmetik görünüşündə deformasiyalar yarandığını bildirir. Ənənəvi evlərdən olduqca ucuz qiymətə təklif olunan “makler evləri” zamanla sökülüb dağılır.