“Hər zaman ailə qurmaq, ana olmaq, sakit yaşamaq arzusunda idim. Mənə ən çox toxunan və yandıran söz “ailə dağıtmışam” iddiası olub. İki dəfə bu şər və böhtanın altında qalmışam. Bunu necə sübut edim? Hər şeyi elə qurub, qoşurlar ki, insanları da qınamaq olmur. Onlar da yazılanlara inanırlar. Hətta sübutu da göstərirsən, hər şeyi də izah edirsən, amma sənə inanmırlar. Onlara bu şaiyələrə inanmaq xoşdur”.