“Hələ də qohum-qonşunun təsiri ilə ildə bir dəfə dünyaya uşaq gətirən ailələr var. Düşünürlər ki, uşağın ruzisini Allah verər, ya da dövlətdən sosial yardım almaqla övladımı saxlaya bilərəm. Ancaq dünya dəyişib. Uşağa təkcə çörək, paltar verməklə kifayətlənmək olmaz. Uşağı yaxşı vətəndaş və sivil insan kimi formalaşdırmaq üçün ona yaxşı ali təhsil vermək, dünya görüşünü formalaşdırmaq üçün muzeyə, kitabxanaya, teatrlara, konsertlərə aparmaq, sağlamlığı üçün müəyyən addımlar atmaq lazımdır. İndiki dövrdə isə kasıb olmasan belə, orta təbəqədən şəxslər üçün də bu cür imkan yoxdur. Hər kəs işləyir və bir gün belə işdən qalmaq olmur”.