Davamlı inkişaf tempinə görə dünyanın əksər lider dövlətləri ilə yanaşı addımlayan Azərbaycan son 20 ildə bir sıra qlobal səviyyəli tədbirlərə ev sahibliyi etməklə, siyasi, iqtisadi və mədəni mərkəzə çevrilib. Şübhəsiz ki, bunu təmin edən başlıca strateji faktor dövlətimizin başçısı cənab İlham Əliyevin iradəsi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursudur. Azərbaycanın yürütdüyü tarazlaşdırılmış siyasi xətt beynəlxalq aləmdə mövqeləri möhkəmləndirməklə dövlətimizə qarşı etimadı daha da artırıb. Habelə xeyli müddətdir bir-birindən mötəbər tədbirləri təşkil etməsi ölkəmizin dünyada sülhə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verməsinin növbəti təsdiqidir.