Yüksək intellektual potensiala malik gənclərin bütün digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də geniş dəyərləndirilməsi fürsətlərinin yaradılması Müdafiə Nazirliyinin diqqət mərkəzindədir. Azərbaycan Ordusunun kadr potensialının gücləndirilməsi istiqamətində görülən fəaliyyətlərdə Milli Müdafiə Universitetinin də üzərinə önəmli vəzifələr düşür. Bu gün dəyişən dünya təhlükəsizliyi mühitində rəqabətli insan kapitalının formalaşdırılması, eləcə də insan resurslarının düzgün və məqsədyönümlü layihələrdə dəyərləndirilməsi fəaliyyəti Milli Müdafiə Universitetinin prioritet istiqamətlərindən biridir.