Taksi sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması təsdiq edilib. Qərara əsasən, sürücülər xüsusi hazırlıq proqramından keçdikdən sonra imtahan verəcək. İmtahandan keçmiş şəxslər yalnız bundan sonra taksi fəaliyyətini davam edə biləcəklər. Bəs görəsən, xüsusi hazırlıq proqramından sonra hansı müsbət dəyişikliklər baş verəcək?