SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi məqsədilə yeni çəkilmiş diametri 325 mm-lik yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi nəzərdə tutulub. Bununla əlaqədar 29.02.2024-cü il saat 09:00-dan işlər başa çatanadək “Lək 1-ci xətt”, “Zərdab”, “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.