Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. Yeni qanun qəbul olunacağı təqdirdə, əmioğlu əmiqızı, xalaoğlu xalaqızı, dayıoğlu bibiqızı ilə ailə qura bilməyəcək. Əks halda, qanun qarşısında cavab verməli olacaqlar.