Kart sisteminə keçid edən avtobusların əksəriyyətində sürücülərin daha aqressiv və narazı olduğu bildirilir. Bu kimi şikayətlər redaksiyamıza tez-tez daxil olur. Oxşar hallardan biri də 40 nömrəli marşrut xətti (Günəşli qəsəbəsi - Sabunçu qəsəbəsi) ilə hərəkət edən avtobusla bağlıdır. Ancaq bu dəfə məsələ bir qədər fərqlidir.