Liderin şəxsiyyəti hər bir cəmiyyət, xalq və dövlət üçün çox mühüm amildir. İnsanlığın yaxın tarixinə nəzər salsaq, müxtəlif ölkə liderlərinin öz xalqlarını ya tərəqqiyə yüksəltdiklərini, ya da faciəyə sürüklədiklərini görərik. Azərbaycan xalqının da tarixin müxtəlif anlarında belə sevincli və kədərli anlarla üzləşdiyini hamı bilir. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız bir tərəfdən ölkənin ərazi bütövlüyünü müdafiə edir, digər tərəfdən isə daxili sabitsizlikdən əziyyət çəkirdi. Yalnız ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan yeni tarixi mərhələyə qədəm qoydu və ölkədə sabitlik əldə edildi. 2003-cü ildə isə ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev Prezident seçildikdən sonra ölkəmiz sürətlə inkişaf etdi, regionda strateji enerji və kommunikasiya layihələrini həyata keçirməklə dünyanın güc mərkəzləri tərəfindən də qəbul edilən önəmli aktora çevrildi.