Rusiyanın Belqorod vilayətində istehsal olunan təmizlənməmiş günəbaxan yağı "Sloboda" barədə narahatedici məlumatlar yayılıb. Belarus Respublikasına idxal edilən “Sloboda” əmtəə nişanlı günəbaxan yağı partiyalarının Belarus Respublikasının dövlət standartının tələblərinə uyğun olmaması səbəbindən bu ölkədə satışının qadağan edilməsi barədə qərar verilib.