İşğaldan azad edilmiş ərazilərdə axtarış-tədqiqat işləri aparan hüquq-mühafizə orqanları əməkdaşları mütəmadi olaraq keçmiş separatçı rejimdən və işğalçı Ermənistan ordusundan qalma silah-sursat aşkarlayır. Xüsusən, qondarma rejimin paytaxtı hesab olunan Xankəndi şəhərində. Belə silah-sursatların əksər hissəsi keçmiş sovet və Rusiya istehsalı olsa da, bir sıra başqa ölkənin istehsalı olan silahların aşkarlanması da istisna deyil.