Ermənilərə əsir düşəndə Zabilin cəmi 15 yaşı vardı. Erməni əsgərləri indi də Kəlbəcərə soxulub dinc əhalini atəşə tutur, evləri talayır, yandırıb yerlə-yeksan edirdilər. Valideyinləri, qonşuları pərən-pərən düşmüşdü. O, nənəsi ilə birlikdə qaçıb canını qurtarmaq istəyəndə erməni əsgərləri onların qarşısını kəsmişdi.