Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 17 ünvanında yerləşən “Al Divan” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.