Ötən tədris ili məktəblərdə baş verən bir sıra bullinq halları ilə yadda qaldı. Təhsil müəssisələrində, xüsusən orta məktəblərdə şagirdlər arasında zorakılıq, psixoloji təzyiq müşahidə edildi. Bu hallar bəzən sosial media üzərindən də yayılaraq, ciddi müzakirələrə səbəb oldu. Bəs yeni tədris mövsümündə belə halların qarşısının alınması üçün valideynlərin övladlarına məktəbəqədərki tərbiyəsi necə olmalıdır?