Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir. Belə ki, oktyabrın 14-də Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində bir nəfər mülki şəxs piyada əleyhinə minaya düşərək yaralanıb. Qeyd etmək istərdik ki, İkinci Qarabağ müharibəsindən bu günədək 380-dən çox şəxs mina qurbanı olub və bu acı statistika davam etməkdədir.